AZ

Yük və minik avtomobilləri toqquşdu

Yazını böyüt
Yazını kiçilt

"İyulun 18-də saat 07:00-da Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib".

Hafta.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, 2004-cü il təvəllüdlü şəxsə sağ bud sümüyünün çıxığı diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilib:

"2008-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, komatoz vəziyyət, beyin silkələnməsi diaqnoz təyin olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır dəyərləndirilir. 2004-cü il təvəllüdlü şəxsə isə qapalı-kəllə beyin travması, baş-beyin əzilməsi, üzün sağ nahiyəsinin kəsilmiş-cırılmış yarası diaqnozu təyin olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olaraq qiymətləndirilir".

Seçilən
13
4
hafta.az

6Mənbələr