AZ

Braziliya prezidenti ABŞ rəhbərini hədələdi: Lazım gəlsə…

ABŞ prezidenti Donald Trampın keçmiş prezident (2019-2022) Jair Bolsonaronun məhkəməsini dayandırmaq çağırışları Braziliyanın suverenliyinə hücumdur.

Musavat.com xəbər verir ki, bunu Braziliya prezidenti Lula da Silva xalqa müraciətində deyib: “Braziliyanın məhkəmə sisteminə təsir etmək cəhdləri milli suverenliyə ciddi hücumdur”.

Prezidentin sözlərinə görə, o, “ölkəyə edilən bu hücumun bir çox braziliyalı siyasətçinin dəstəyini alması”ndan hiddətlənib: “Onlar əsl Vətən xainləridir”.

Bundan əvvəl Tramp Braziliya hakimiyyətini Bolsonaroya qarşı hərəkətlərinə görə tənqid edib, məhkəmə prosesini dayandırmağa çağırıb.

Lula da Silva həmçinin ABŞ rəhbərliyinin avqustun 1-dən Braziliya mallarına 50 faizlik rüsum tətbiqini elan etdikdən sonra ölkə iqtisadiyyatını qorumaq üçün istənilən tədbiri görməyə hazır olduğunu bəyan edib: “Lazım gəlsə, iqtisadiyyatımızı qorumaq üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyik: Ümumdünya Ticarət Təşkilatına müraciətlərdən tutmuş İqtisadi Qarşılıqlılıq Aktının tətbiqinə qədər”. Qanun aprelin 11-də qəbul edilib və kommersiya güzəştlərinin, investisiyaların və əqli mülkiyyət hüquqları ilə bağlı öhdəliklərin dayandırılması meyarlarını özündə əks etdirir: “Tarif müharibələrində qalib yoxdur. Biz sülhsevər ölkəyik, düşmənimiz yoxdur. Biz ölkələr arasında çoxqütblülüyün və əməkdaşlığın tərəfdarıyıq. Ancaq heç kim unutmasın ki, Braziliyanın yeganə ağası onun xalqıdır”.

Seçilən
53
38
ictimairey.az

10Mənbələr