AZ

Millimiz Şimali Makedoniyaya yola düşüb

Taekvondo üzrə gənclərdən ibarət millimizin üzvləri XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak etmək üçün Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə yola düşüb.

Apasport.az xəbər verir ki, festivalda ölkəmizi gənclərdən ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, məşqçi Fəridə Əzizovanın rəhbərliyi altında 8 taekvondoçu təmsil edəcək.

Heyətdə Mehdi Budaqlı (48 kq), Aydın Süleymanov (55 kq), Ziya Həsənli (63 kq), Yunis Hüseynov (73 kq), Elcan Əliyev (+73 kq), Xuraman Cavadzadə (44 kq), Humay Dadaşova (49 kq) və Sehri Cəlalova (55 kq) yer alıblar.

Qeyd edək ki, taekvondo idman növü Avropa Gənclər Yay Olimpiya Festivalının proqramına ilk dəfə daxil edilib.

Parataekvondoçularımız beynəlxalq təlim-məşq toplanışında

Parataekvondoçularımızın Ankaradakı təlim-məşq toplanışı başa çatıb

Türkiyədəki təlim-məşq toplanışına yekun vurulub

ATF nümayəndəsi beynəlxalq turnirdə Təşkilat Komitəsinin rəhbəri olacaq

Parataekvondoçularımız Türkiyədə təlim-məşq toplanışına başlayıb

Seçilən
11
1
apasport.az

5Mənbələr