Bakı, 18 iyul, AZƏRTAC
Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan milli komandası XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək üçün Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə yola düşüb.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, festivalda ölkəmizi gənclərdən ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, məşqçi Fəridə Əzizovanın rəhbərliyi altında Mehdi Budaqlı (48 kiloqram), Aydın Süleymanov (55 kiloqram), Ziya Həsənli (63 kiloqram), Yunis Hüseynov (73 kiloqram), Elcan Əliyev (+73 kiloqram), Xuraman Cavadzadə (44 kiloqram), Humay Dadaşova (49 kiloqram) və Sehri Cəlalova (55 kiloqram) təmsil edəcəklər.
Qeyd edək ki, taekvondo idman növü Avropa Gənclər Yay Olimpiya Festivalının proqramına ilk dəfə daxil edilib.