AZ

“Qarabağ”ın komandası İsveçdə son oyuna çıxdı

“Qarabağ”ın 17 yaşadək futbolçulardan ibarət komandası “Gothia Puma Trophy”də növbəti oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, “atlılar” B pley-offunda 1/4 final matçına çıxıb.

Komanda İsveçdə təşkil olunan yarışda “Brommapoyrkarna” (İsveç) ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdə 4:0 hesablı qələbə qazanıb. Komanda bu oyunla turnirdə mübarizəni başa vurub.

Qeyd edək ki, ilk turda İsveç təmsilçisi “Myallbu” üzərində 2:1 hesablı qələbə qazanan “Qarabağ” ardınca “Sportinq Laqos”la heç-heçə edib (0:0), yerli “Höteborq”la dueldən xalsız ayrılıb – 0:2.

Seçilən
19
7
futbolpress.az

10Mənbələr