"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası "Gothia Puma Trophy" turnirində növbəti oyununu keçirib. 

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi "pley-off B" 1/4 final mərhələsində "Brommapoyrkarna" ilə üz-üzə gəlib. Komanda rəqibə 0:4 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb. 

Xatırladaq ki, "Qarabağ"ın U-17 kollektivi ilk turda İsveç təmsilçisi “Myallbu” üzərində 2:1 hesablı qələbə qazanıb, “Sportinq Laqos”la heç-heçə edib – 0:0. "Höteburq"a 0:2 hesabı ilə uduzan "köhlən atlar" ən yaxşı qrup üçüncüsü kimi birbaşa 1/4 finala vəsiqə qazanmışdı.