Dominikan milli komandasında çıxış edən sol cinah müdafiəçisi Junior Firpo karyerasını yenidən İspaniyada davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 28 yaşlı futbolçu “Betis” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu “Betis”ə azad agent kimi qoşulub. O, son dörd mövsümü İngiltərə Premyer Liqasında “Lids” klubunun heyətində keçirib. Firpo daha əvvəl də “Betis”in şərəfini qoruyub və 2019-cu ildə 20 milyon avroya “Barselona”ya transfer olunmuşdu. İki illik “blauqrana” təcrübəsindən sonra o, İngiltərəyə üz tutmuşdu.
“Betis” ötən mövsüm La Liqanı altıncı pillədə başa vuraraq 60 xal toplamış və UEFA Avropa Liqasına vəsiqə qazanmışdı.