“Neftçi”nin sabiq futbolçusu Yuri Matiasın yeni klubu bəlli olub.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı müdafiəçi karyerasını Birləşmiş Ərəb Əmirliklərinin "Ajman" komandasında davam etdirəcək.

Adıçəkilən klub 2024/2025 mövsümündə ölkə çempionatını 10-cu pillədə başa vurub.

Xatırladaq ki, Matias “ağ-qaralar”la ötən ay vidalaşıb. Braziliyalı futbolçu iki mövsüm ərzində Bakı təmsilçisində 71 oyunda 10 qol vurub.