Müğənni Aysun İsmayılova bir müddət əvvəl plastik əməliyyat etdirdiyini açıqlayıb. Maraqlı məqam onun əməliyyat üçün plastik-cərrah Dilqəm Məhərrəmova müraciət etməsi olub.
Yenisabah.az axşam-a istinadla xəbər verir ki, Məhərrəmovun adı bir müddət əvvəl Səhiyyə Nazirliyinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısında yox idi. Yəni onun həkim kimi fəaliyyət göstərməsinə icazə verilməyib.
Aysun iyulun 11-də yayımladığı videoda bildirib: "Yüngül bir əməliyyatım var. Gedirəm Dilqəm həkimin yanına". Dominos pizza
O, daha sonra palatadan görüntülər yayımlayıb və əməliyyatın baş tutduğunu yazıb. Bir neçə gün sonra isə Aysun evə buraxıldığı, əməliyyatın yaxşı keçdiyi barəsində məlumatlar paylaşıb.
D.Məhərrəmovun onu əməliyyat etməsi sosial şəbəkədə müzakirələrə səbəb olub. Həmin paylaşımdan sonra plastik-cərrah sosial şəbəkə hesabını bağlayıb. Aysun İsmayılova isə videoların çoxdan çəkildiyini, yeni olmadığını yazıb. O, bir həftə əvvəl əməliyyat olunduğunu inkar edib.
Azərbaycan ərazisində praktik tibb fəaliyyəti lə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Sözügedən tibb mütəxəssisləri Xüsusi Təftiş Komissiyasının iclaslarına dəvət olunub və sənədləri ətraflı araşdırılıb. Xüsusi Təftiş Komissiyasının açıqladığı siyahıda 42 plastik cərrahın adı yer alıb.
Dilqəm Məhərrəmov və onun özü kimi plastik-cərrah olan xanımı Nərgiz Əhmədovanın adı siyahıda olmayıb. Onlar "Baku Medical Plaza"da çalışırdılar.
Telegram kanalımız