44 günlük Vətən müharibəsində şəhid olan Tural Əsədovun anası Əsədova Əntiqə İbrahim qızı bu gün vəfat edib.
Yenisabah.az xəbər verir ki, Əntiqə Əsədova oğlunun şəhidliyindən sonra həyatını onun xatirəsinin yaşadılmasına və Vətənə sədaqətin təbliğinə həsr etmişdi. O, Azərbaycan cəmiyyətində şəhid analarına məxsus ucalıq, səbir və mərdliyi ilə tanınırdı.
Qeyd edək ki, Tural Əsədov 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olmuşdu. Onun şücaəti xalqımızın yaddaşında əbədi yaşayacaq. Marqarita pizza
Telegram kanalımız