Bakı, 17 iyul, AZƏRTAC
ADA Universitetində dövlət sifarişi əsasında təhsil alacaq tələbələr üçün nəzərdə tutulan şərtlər açıqlanıb.
AZƏRTAC xəbər verir ki, dövlət sifarişi təhsilin bütün müddətini və 100 faiz təhsil xərclərini əhatə edir.
Bundan əlavə, tələbələrə semestr qiymətlərinə əsasən aylıq təqaüdlər aşağıdakı kimi veriləcək:
- Əlaçı təqaüdü: bütün fənlər üzrə ortalama 91–100 bal olduqda 175 manat;
- Həvəsləndirici təqaüd: Minimum ortalama 71 bal olduqda 145 manat;
- Adi təqaüd: Minimum ortalama 51 bal olduqda 100 manat.
Qeyd olunub ki, bu imkanlar yay semestrində götürülmüş dərslər və beş ildən artıq müddətə şamil olunmur.
Xatırladaq ki, ADA Universitetinin tələbələri arasında onların qəbul zamanı göstərdikləri nəticələrə əsasən, Prezident təqaüdünə layiq görülənlər də olur.