Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 11 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinə (BDU) 2025/2026-cı tədris ilində bakalavriat səviyyəsi üzrə qəbul olunan və müxtəlif ixtisaslar üzrə 550-dən çox bal toplayan abituriyentlər arasından ən yüksək nəticə göstərmiş tələbələrə tədris ilinin sonunadək hər ay 200 manat məbləğində “Birincilik” adlı məqsədli təqaüd veriləcək.
Bu barədə BDU Elmi Şurası qərar qəbul edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, hazırda BDU-da bakalavriat səviyyəsində 75 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.