AZ

“Bank Respublika” kredit ödəmək istəyən müştəriləri çıxılmaz vəziyyətə salır – Foto

“Bank Respublika” müştəriləri kredit borcunu ödəyərkən problemlə üzləşirlər. Bankın qaynar xətti isə cavab vermir.

Tribunainfo.az xəbər verir ki, bu barədə sözügedən bankın müştərisi İlkin Cəbiyev sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, “Bank Respublika”ya kredit borcunu ödəmək müşkülə çevrilib:

“Sözüm “Bank Respublika”yadır, mən sizinlə əlaqə qura bilmirəm. Haqlı olduğum halda haqsız duruma düşmüşəm!
Götürdüyüm kreditin ilk ödəniş günündə əlimdə vəsait ola-ola sizə ödəniş edə bilmədim.
Əvvəlcə sizin özünüzə məxsus DC kartla ödəməyə çalışdım, lakin bu kartın həmin xidməti dəstəkləmədiyini öyrəndim.
Daha sonra bankın qarşısındakı terminaldan ödəmək istədim, amma məndən müştəri kodu tələb olundu. Onu öyrənmək üçün dəfələrlə qaynar xəttinizə zəng etdim, lakin heç bir cavab ala bilmədim.
Mobil tətbiqinizdə isə nə götürdüyüm kreditə dair məlumat var, nə də ödəniş etmək üçün tələb olunan bank hesabı nömrəsi.
İndi sizə sual verirəm: mən niyə bu qədər əziyyət çəkməliyəm sizə olan krediti ödəmək üçün? Niyə adıma gecikmə yazılmalıdır? Bu qədər ‘əlçatan’ xidmət göstərəndə nəticə beləmi olmalıdır?”

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən Rəsul

Seçilən
23
50
tribunainfo.az

10Mənbələr