AZ

KİV: Tramp Rusiyaya qarşı ikinci dərəcəli rüsumların 50 gündən tez tətbiq olunacağını istisna etmir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı ikinci dərəcəli rüsumların 50 gündən tez tətbiq olunacağını istisna etmir.

“Report” xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Rusiya üçün son tarix 50 gündən tez ola bilər", - agentlik prezidentin sözlərindən sitat gətirib.

Tramp deyib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin nizamlanması 50 gün ərzində əldə olunmasa, ABŞ Moskvaya qarşı ikinci dərəcəli rüsumlar tətbiq edəcək. Bu tədbirlər isə neftə təsir edəcək.

ABŞ lideri, həmçinin bildirib ki, o, nə Moskvanı, nə də Kiyevi müharibə ilə bağlı dəstəkləyir: "Mən heç kimin tərəfində deyiləm".

Seçilən
19
1
report.az

10Mənbələr