AZ

"Qarabağ" "Zalsburq"a uduzdu

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün son yoxlama oyununa çıxıb.

Milli.Az xəbər verir ki, Ağdam təmsilçisi Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşıb.

Görüşdə "Zalsburq" 2:1 hesabı ilə qalib gəlib. "Qarabağ"ın qolunu Nəriman Axundzadə vurub.

Qeyd edək ki, Qurban Qurbanovun komandası Avstriyadakı ilk sınaq matçında Ukraynanın "Metallist 1925" (Xarkov) klubuna uduzub - 4:5. Daha sonra "Tvente" ilə keçirdikləri iki oyunun birində 3:2 hesablı qələbə qazanıblar, digərində 1:2 hesablı məğlubiyyətlə üzləşiblər. "Qarabağ" Bakıdakı yoxlama matçında isə "Zirə"yə 4:0 hesabı ilə qalib gəlib.

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.

 

Milli.Az

Seçilən
29
8
milli.az

10Mənbələr