Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün son yoxlama oyununa çıxıb.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisi Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşıb.
Görüşdə "Zalsburq" 2:1 hesabı ilə qalib gəlib. "Qarabağ"ın qolunu Nəriman Axundzadə vurub.
Qeyd edək ki, Qurban Qurbanovun komandası Avstriyadakı ilk sınaq matçında Ukraynanın "Metallist 1925" (Xarkov) klubuna uduzub - 4:5. Daha sonra "Tvente" ilə keçirdikləri iki oyunun birində 3:2 hesablı qələbə qazanıblar, digərində 1:2 hesablı məğlubiyyətlə üzləşiblər. "Qarabağ" Bakıdakı yoxlama matçında isə "Zirə"yə 4:0 hesabı ilə qalib gəlib.
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.