“Roşka” ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
News365.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqdirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Rövşən Süleymanovun vəkili vəsatət verərək onun barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.
Vəkil, həmçinin işin yenidən istintaq orqanına qaytarılmasını xahiş edib.
Vəsatətlər təmin edilməyib.
Məhkəmənin növbəti iclası iyulun 22-nə təyin edilib.
Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.