AZ

Azərbaycanlılara Rusiyadan pul göndərmək qadağan oluna bilər

Rusiyada miqrantların rəsmi maaşdan artıq məbləğdə pul vəsaitini xaricə göndərməsinə qadağa qoyula bilər.

Bu barədə Rusiya Dövlət Dumasının "Yeni İnsanlar" fraksiyasının təmsilçiləri Rusiya Mərkəzi Bankının rəhbərliyinə məktub göndəriblər. Məktubda təklif olunur ki, əgər əcnəbi vətəndaş rəsmi gəlirindən artıq məbləğdə pul köçürmək istəsə, bu halda o, leqal gəlirini təsdiq edən maliyyə sənədləri, yəni gəlir bəyannaməsi təqdim etməlidir.

Bu təşəbbüs bir çox MDB ölkələrinin, o cümlədən Azərbaycanın vətəndaşlarını da əhatə edə bilər. Çünki Rusiyada on minlərlə azərbaycanlı əmək miqrantı kimi çalışır və mütəmadi olaraq ailələrinə pul göndərir.

Təklif hələ qüvvəyə minməyib, lakin müzakirəyə çıxarılacağı halda miqrantların maliyyə əməliyyatlarına ciddi təsir göstərə bilər./Bakupost.az

Xəbər 4 dəfə oxunub.
Seçilən
36
7
xezernews.az

10Mənbələr