AZ

Elm və Təhsil Nazirliyinə 38 607 vətəndaş müraciəti daxil olub

İyulun 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 38 607 vətəndaş müraciəti daxil olub.

 Operativ Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat verib.

 Bildirilib ki, müraciətlərin 21 987-si çağrı mərkəzləri, 8 937-si elektron, 1 370-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 6 313 müraciət qeydə alınıb.

Müraciətlər müəllimlərin işə qəbulu, sertifikatlaşdırma imtahanı, birinci sinfə qəbul, məktəbəhazırlıq qruplarına qeydiyyat, tələbələrin köçürülməsi, xarici diplomların təsdiqi və digər məsələlərlə bağlı olub.

Seçilən
13
1
operativmedia.az

10Mənbələr