AZ

Özəlləşdirilən “Bakı ayaqqabı fabriki” ASC yenidən qurulub

Finss.az - İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən “Bakı ayaqqabı fabriki” ASC-yə 5,7 milyon manat sərmayə yatırılıb.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına və bu istiqamətdə tapşırıqlarına uyğun olaraq, özəlləşdirilən müəssisələr yenidən qurulur, müasir texnologiya və avadanlıqlarla təchiz olunur, yeni iş yerləri yaradılır. Belə müəssisələrdən biri də 2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən keçirilən investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən “Bakı ayaqqabı fabriki” ASC-dir.

ASC-nin özəlləşdirilməsi üzrə elan edilən investisiya müsabiqəsinin qalibi “Pepi-Əli Kəndli Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə götürdüyü öhdəlikləri icra edib, dövlət büdcəsinə 3,5 milyon manat məbləğində vəsait köçürüb, müəssisəyə 5,7 milyon manat məbləğində investisiya yatırıb. 

İnvestisiya proqramına əsasən, müəssisədəki istehsal avadanlıqları əsaslı təmir olunub və yeniləri quraşdırılıb, həmçinin ayaqqabı istehsalında istifadə olunan xammal alınıb. Türkiyənin ayaqqabı istehsalı sahəsində ixtisaslaşmış “ESSE” şirkəti ilə əməkdaşlıq əlaqələri qurulub, xarici mütəxəssislər cəlb olunub. Müəssisənin yenidən qurulması, istehsal olunan məhsulun həcminin və keyfiyyətinin yüksəldilməsi ixrac imkanlarının genişlənməsinə imkan verəcək. Müəssisədə 100-dən artıq iş yeri yaradılıb.

Seçilən
5
3
fins.az

5Mənbələr