AZ

“Bakı ayaqqabı fabriki” ASC-yə 5,7 milyon manat investisiya yatırılıb

Bakı. Trend:

2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak MəsələləriDövlət Xidməti (ƏMDX) tərəfindən keçirilən investisiya müsabiqəsivasitəsilə özəlləşdirilən “Bakı ayaqqabı fabriki” ASC-yə 5,7 milyonmanat investisiya yatırılıb.

Trend bubarədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, ASC-nin özəlləşdirilməsi üzrə elan ediləninvestisiya müsabiqəsinin qalibi “Pepi-Əli Kəndli Təsərrüfatı”Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə götürdüyü öhdəlikləri icraedib, dövlət büdcəsinə 3,5 milyon manat məbləğində vəsait köçürüb,müəssisəyə 5,7 milyon manat məbləğində investisiya yatırıb.

İnvestisiya proqramına əsasən, müəssisədəki istehsalavadanlıqları əsaslı təmir olunub və yeniləri quraşdırılıb,həmçinin ayaqqabı istehsalında istifadə olunan xammal alınıb.Türkiyənin ayaqqabı istehsalı sahəsində ixtisaslaşmış “ESSE”şirkəti ilə əməkdaşlıq əlaqələri qurulub, xarici mütəxəssislər cəlbolunub. Müəssisənin yenidən qurulması, istehsal olunan məhsulunhəcminin və keyfiyyətinin yüksəldilməsi ixrac imkanlarınıngenişlənməsinə imkan verəcək. Müəssisədə 100-dən artıq iş yeriyaradılıb.

Seçilən
18
1
az.trend.az

5Mənbələr