ABŞ-nin Ankaradakı Səfirliyinin sosial media hesabında “Hər bir viza qərarı milli təhlükəsizlik qərarıdır” qeydi ilə açıqlama yayınlanıb.
Viza müraciətlərində şəxslərin sosial media hesablarının hər kəsə açıq olması məcburiyyətinin tətbiq olunduğu bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, səfirlik tərəfindən yayılan açıqlamada belə deyilir:
“Bu andan etibarən qüvvəyə minmək şərtilə, F, M və ya J qeyri-immiqrant vizasına müraciət edən bütün namizədlərdən şəxsiyyətlərini və Amerika Birləşmiş Ştatlarına qəbul oluna biləcəklərini sübut etmək üçün tələb olunan yoxlamaları asanlaşdırmaq məqsədilə bütün şəxsi sosial media hesablarının gizlilik ayarlarını “hər kəsə açıq” olaraq təyin etmələri tələb olunacaq”.
F, M və J tipli vizalar tələbələr və mübadilə proqramlarına qatılanlar üçün nəzərdə tutulur. Turistik məqsədlə edilən səfərlər və digər viza növləri bu qərara daxil edilmir.