BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Doqquz ay əvvəl Emin Ağalarov bir müsahibəsində demişdi ki, onun "SeaBreeze" layihəsində kazino sənayesinin olmasını arzulayır və hökumətdən buna cavab gözləyir.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Artıq Emin Ağalarovun dilə gətirdiyi arzusu çin olub.
Bundan sonra Azərbaycanda kazino işlətmək mümkün olacaq.
Milli Məclis belə qanun qəbul edib.
Ancaq bunun üçün gərək süni ada olsun.
Azərbaycanda yeganə süni ada isə Prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarova məxsusdur.
Bu isə, heç də birmənalı qarşılanmayıb.
Azərbaycan müxalifəti bu qanunun "Ağalov qanunu" adlandırıb.
Müsavat Partiyasının keçmiş başqanı Arif Hacılı deyib ki, "Yalnız bir nəfərə, yalnız bir ərazidə kazino açmağa şərait yaradılır. Bir nəfərin maraqlarına uyğun qanunu qəbul edilməsi olmaqla yanaşı, həm də başqalarının bu işlə məşğul olmasına maneçilik törədilməsi deməkdir".
Onun sözlərinə görə, bu qanunu qəbulunda çox pozuntular olub.
"Pozuntuların biri də monopoliyanın qanunuləşdirilməsidir. Faktiki Azərbaycan Milli Məclisi öz səlayihyətlərindən sui istifadə etmək kimi bir əmələ yol verib. Onlar öz səlahiyyətlərin aşaraq Azərbaycanda biznes sahəsində qeyri-bərabər şəraitin yaradılmasına, manapoliyanın yaradılmasına şərait yaradan qnaun qəbul ediblər", - Arif Hacılı deyib.
Azərbaycanda kazinolar 1998-ci ildə, keçmiş Prezident Heydər Əliyevin sərəncamı ilə ləğv edilmişdi.
Bunu qumarxanaların əhalinin dəyərlərinə qarşı olması, həmçinin qeyri-qanuni yollarla əldə edilmiş pulların leqallaşdırılması kimi səbələr göstərirlirdi.
Qanunu qəbul edən Milli Məclisində düşünürlər ki, oyun turizmi ilə ölkəyə elit turistlər gələcək və yeni iş yerləri yaradılacaq.
Deputat Azər Əmiraslanova görə, kazinolar yalnız Xəzər dənizindəki süni adada fəaliyyət göstərəcək və ciddi dövlət nəzarətində olacaq.
Videoya Youtube kanalımızda baxın.