AZ

Xorvatiya yığmasının qapıçısını aldılar -500 min avroya

"Zirə"nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Xorvatiya "Hayduk"u qapıçı transfer edib.

Sportinfo.az xəbər verir ki, Split təmsilçisi Kiprin "Pafos" komandasından İvitsa İvuşiçi heyətinə qatıb.

"Hayduk" 30 yaşlı qolkiperin keçidinə görə 500 min avro ödəyəcək.

İvuşiç Xorvatiya millisinin 2022-ci il dünya çempionatının bürünc medalını qazanan heyətində yer almışdı. O, vətənində "Osiyek", "İstra 1961" və Yunanıstanda "Olimpiakos" klublarında oynayıb.

"Zirə" "Hayduk"la iyulun 23-də evdə, iyulun 31-də səfərdə üz-üzə gələcək.

Seçilən
110
49
sportinfo.az

10Mənbələr