AZ

Yığmanın yarımmüdafiəçi elitanın debütantı ilə anlaşdı

19 yaşadək futbolçulardan ibarət yığmanın yarımmüdafiəçisi Tuncay Cəfərli Premyer Liqada çıxış edəcək.

«Sabah»dan azad agent statusu ilə ayrılan gənc «İmişli»yə keçib.

O, elitanın debütantı ilə 1+1 illik anlaşıb.

Aran təmsilçisi bu yay 7 keçidə imza atıb.

Ronaldo Rodriqez de Souza (son klubu "Borneo", İndoneziya), Azər Salahlı (son klubu "Neftçi"), İbrahim Əliyev (son klubu MOİK), İmam Əli, Rafael Vieqas ("Sao Joao de Ver", Portuqaliya), Hüseynəli Quliyevi ("Səbail") və Ezekiel Morqan (son klubu "Karvan") onların düşərgəsinə pənah gətirib.

SPORTİNFO.AZ

Seçilən
29
1
sportinfo.az

10Mənbələr