Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olan Xorvatiyanın “Hayduk” (Split) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda Xorvatiya millisinin qapıçısı İvitsa İvuşiçi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İvuşiç son olaraq Kiprin “Pafos” klubunda çıxış edib. O, karyerası ərzində həmçinin İtaliyanın “İnter” və Yunanıstanın “Panatinaikos” klublarının da formasını geyinib.
"Napoli" sanki ələ salıb: "Qalatasaray"a növbəti şərt
Jorje Jeşuş rəsmən "Əl-Nəsr"də
PSJ-dən "Fənər"ə şad, "Qalatasaray"a bəd xəbər
Mourinyo onu da göndərir
İngiltərə millisinin sabiq futbolçusu altıncı liqa klubuna keçib