AZ

"Lids" Qabriel Qudmundssonla müqavilə imzaladı

İngiltərə Premyer Liqasına bu mövsüm geri dönən "Lids Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az-ın məlumatına görə,klub Fransanın "Lill" komandasından müdafiəçi Qabriel Qudmundssonu transfer edib.

26 yaşlı sol cinah müdafiəçisi "tovuzlar"la 2029-cu ilin yayına qədər – dördillik müqaviləyə imza atıb.

Qudmundsson İsveç millisinin üzvüdür və yığmada 15 oyun keçirib. Peşəkar karyerasına vətənində "Halmstad" klubunda başlayan futbolçu sonradan Niderlandda "Qroningen", ardınca isə Fransada "Lill" formasını geyinib. O, 2021-ci ildən etibarən "Lill"in heyətində çıxış edirdi.

Xatırladaq ki, "Lids" ötən mövsüm Çempionşipdə uğurlu çıxışı sayəsində birbaşa Premyer Liqaya vəsiqə qazanıb. Klub son iki mövsümdə elitada yer almamışdı.

phrase_var_article.chosen
183
50
90deqiqe.az

10phrase_var_article.sources