AZ

Azərbaycanın 15 iyul hadisələri zamanı Türkiyəyə dəstəyi qardaşlıq nümunəsi idi - Əhliman Əmiraslanov

Bu gün Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq münasibətləri ən yüksək zirvəsini yaşayır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Əhliman Əmiraslanov Bakıda "15 İyul - Demokratiya və Milli Birlik Günü"nün 9 illiyi münasibətilə keçirilən anım tədbirində deyib.

O qeyd edib ki, 2016-cı ildə Türkiyədə baş verən 15 iyul hadisələri Türkiyənin tarixində böyük ağır sınaq olmaqla bərabər, həm də tarixə qızıl hərflərlə daxil olan bir gün olub:

"Azərbaycanın bu hadisə zamanı dərhal Türkiyəyə dəstəyi böyük qardaşlıq nümunəsi idi. Türkiyə bu sınaqdan çox güclü çıxdı. Türkiyənin bugünkü uğurları məhz həmin tarixdən başlayır".

O qeyd edib ki, iki ölkə arasında dostluq əlaqələri geniş miqyasda davam edir:

"Biz bununla fəxr edirik. Bu gün qardaşlıq, dostluq münasibətləri ən yüksək zirvəsini yaşayır. Azərbaycan 44 günlük Vətən müharibəsində Türkiyənin dəstəyini heç vaxt unutmayacaq".

Deputat qeyd edib ki, iki ölkə arasında parlamentlərarası əlaqələr yüksələn xətlə inkişaf edir.

"PKK-nın tərk-silah edilməsi ilə bağlı xəbərlər bizi sevindirir. Bu, Türk dünyası üçün son dərəcə əhəmiyyət kəsb edən bir hadisədir", - o vurğulayıb.

Seçilən
36
1
ikisahil.az

10Mənbələr