AZ

Görün Melaniya Putinlə bağlı Trampa nə deyib: Donub qaldım

ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampın Rusiya lideri Vladimir Putinlə aparılan diplomatik proseslərdə mühüm rol oynadığını açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə “Fox News” məlumat yayıb.

Tramp Melaniyanın onu Putinin verdiyi vədlərin saxta və etibarsız olduğuna dair dəfələrlə xəbərdar etdiyini bildirib. O, Putinlə telefon danışıqlarından sonra evə dönən zaman “Bu gün Vladimirlə çox gözəl söhbət etdik” dediyini, lakin Melaniyanın dərhal Rusiyanın yeni hücumlar həyata keçirdiyini xatırlatdığını qeyd edib.

Tramp bir başqa çıxışında Melaniyanın Ukrayna müharibəsi ilə bağlı məlumatlı və ayıq olmasının onun baxış bucağını dəyişdirdiyini deyib. “Melaniya bir dəfə mənə “Az əvvəl qocalar evini bombaladılar” deyəndə donub qaldım”, – deyə Tramp etiraf edib.

Seçilən
25
10
publika.az

10Mənbələr