AZ

Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı enib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.

Aktual.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,53 ABŞ dolları və ya 2,02% azalaraq 74,06 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 75,59 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində "Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
14
48
ulusum.az

10Mənbələr