Aktual.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,53 ABŞ dolları və ya 2,02% azalaraq 74,06 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 75,59 ABŞ dolları idi.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində "Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.