Filippinin şimalındakı İlokos Norte əyalətində 5,8 bal gücündə zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya məlumat yayıb.
Yerin 27 kilometr dərinliyində baş verən 5,8 bal gücündə zəlzələ nəticəsində tələfat və maddi ziyan barədə hələlik məlumat verilməyib.
Zəlzələlərin qonşu Caqayan, İlokos Sur, İsabela və Abra əyalətlərində hiss olunduğu bildirilir.
Dünyanın ən yüksək seysmik aktivliyə malik ölkələrindən biri olan Filippin Sakit Okean Seysmik qurşağında yerləşir və “Alov halqası” kimi də tanınır.