AZ

Filippində 5,8 bal gücündə zəlzələ olub

BAKI, TurkicWorld

Filippində 5,8 bal gücündə zəlzələ baş verib – Sunami təhlükəsi yoxdur.

TurkicWorld xəbər verir ki, Filippinin şimalındakı İlokos Norte əyalətində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ Caqayan, İlokos Sur, İzabela və Abra əyalətlərində də hiss olunub.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun məlumatına görə, yerli vaxtla saat 10:30-da baş verən zəlzələnin episentri Pasuquin qəsəbəsindən təxminən 29 kilometr şimal-qərbdə olub. Yeraltı təkanlar 27 kilometr dərinlikdə qeydə alınıb.

Hazırkı məlumata görə, zəlzələ nəticəsində tələfat və ciddi maddi ziyan baş verməyib. Həmçinin sunami xəbərdarlığı da elan olunmayıb.

Qeyd edək ki, Filippin Sakit Okean “Alov halqası”nda yerləşir və yüksək seysmik aktivliyə malik ölkələrdən biridir. Ölkə tez-tez güclü zəlzələlərlə qarşı-qarşıya qalır.

phrase_var_article.chosen
120
29
turkic.world

10phrase_var_article.sources