AZ

Luis Enrike və futbolçusu cəzalana bilər

PSJ-nin baş məşqçisi Luis Enrike yarımmüdafiəçi Joao Neves FİFA tərəfindən cəzalandırıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb “Çelsi”yə qarşı dünya çempionatının final görüşündən sonra yaşananlar olub. Eyni zamanda, klublararası dünya çempionatı çərçivəsində tətbiq edilən intizam cəzaları adətən digər yarışlara şamil edilmir, lakin bu dəfə FİFA qərara yenidən baxa bilər.

Xatırladaq ki, final fitindən sonra futbolçular arasında əlbəyaxa dava düşüb və parislilərin baş məşqçisi Luis Enrike “Çelsi”nin hücumçusu Joao Pedronu boğazından tutaraq itələyib.

“Çelsi” tarixində ikinci dəfə Klublararası dünya çempionatının qalibi olub. 

Seçilən
12
1
idmanxeber.az

2Mənbələr