AZ

FIFA Luis Enrike və Neveşi cəzalandıra bilər

PSJ-nin baş məşqçisi Luis Enrike və yarımmüdafiəçisi Joao Neves FİFA tərəfindən cəzalandırıla bilər.

Operativ Media xəbər verir ki, bu haqda "L'Equipe" nəşri məlumat yayıb.

Mənbənin dediyinə görə, oyundan sonra “Çelsi”nin hücumçusu Joao Pedronu vuran Enrike və qırmızı vərəqə alan Neves davranışlarına görə sanksiya ilə üzləşə bilər. Cəzalar cərimədən diskvalifikasiyaya qədər dəyişə bilər.

Eyni zamanda, klublararası dünya çempionatı zamanı tətbiq edilən intizam cəzaları adətən digər yarışlara şamil edilmir, lakin bu dəfə FİFA qərara yenidən baxa bilər.

Final fitindən sonra futbolçular arasında əlbəyaxa dava düşüb və parislilərin baş məşqçisi Luis Enrike əsəbiləşərək İngiltərə klubunun 3-cü qolunu vuran "Çelsi"nin hücumçusu Joao Pedronu boğazından tutaraq itələyib.

"Çelsi" tarixində ikinci dəfə klublararası dünya çempionatının qalibi olub. London komandası 2021-ci ilin finalında Palmeyrası məğlub edib.

Seçilən
17
1
operativmedia.az

2Mənbələr