BMT Təhlükəsizlik Şurası BMT-nin Hodeydada (Yəmən) atəşkəsə dəstək üzrə xüsusi missiyasının (UNMHA) mandatını altı ay uzadacaq qətnamə layihəsinə səs verib.
Yenisabah.az xarici agentliklərə istinadən xəbər verir ki, sənəd Böyük Britaniya tərəfindən hazırlanıb və Təhlükəsizlik Şurasının üzvləri onu yekdilliklə qəbul edib.
Qətnamə beş bənddən ibarətdir. Təhlükəsizlik Şurası BMT Baş Katibindən missiyanın fəaliyyəti ilə bağlı aylıq hesabat təqdim etməsini tələb edir. pizza hut
2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri ilə “Ənsar Allah” üsyançı hərəkatının tərəfdarları arasında qarşıdurma davam edir. O, ən aktiv fazasına 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın münaqişəyə qoşulması ilə daxil olub. Yəməndəki vətəndaş müharibəsi misli görünməmiş humanitar fəlakətə səbəb olub./Musavat.com
Telegram kanalımız