AZ

BMT Təhlükəsizlik Şurası Yəməndə atəşkəs rejiminin uzadılmasına səs verib

İyulun 14-də BMT Təhlükəsizlik Şurası BMT-nin Hodeydada atəşkəsə dəstək üzrə xüsusi missiyasının (UNMHA) mandatını altı ay uzadacaq qətnamə layihəsinə səs verib.

Operativ Media xəbər verir ki, bu haqda TASS nəşri məlumat yayıb.

Sənəd Böyük Britaniya tərəfindən hazırlanıb və Təhlükəsizlik Şurasının üzvləri tərəfindən yekdilliklə qəbul edilib. Qətnamə beş bənddən ibarətdir. Təhlükəsizlik Şurası BMT Baş Katibindən missiyanın fəaliyyəti ilə bağlı aylıq hesabat təqdim etməsini tələb edir.

2014-cü ilin avqust ayından Yəmən hökumət qüvvələri ilə Ənsar Allah üsyançı hərəkatının tərəfdarları arasında qarşıdurmanın ortasındadır. O, ən aktiv fazasına 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın münaqişəyə qoşulması ilə daxil olub. Yəməndəki vətəndaş müharibəsi misli görünməmiş humanitar fəlakətə səbəb olub. 

Seçilən
17
2
operativmedia.az

3Mənbələr