AZ

ABŞ Zəngəzur dəhlizini 100 illiyə öz nəzarətinə götürmək istəyir

ABŞ Zəngəzur dəhlizini idarə etməyi öz üzərinə götürməyə hazırdır.

 

Senzor.az bildirir ki, bunu Birləşmiş Ştatların Türkiyədəki səfiri, Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak deyib.

 

Onun açıqlamasını "Middle East Eye" nəşri yayıb.

 

Diplomatın sözlərinə görə, ABŞ 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini 100 il müddətinə öz üzərinə götürməyi təklif edib.

 

"Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək", - səfir vurğulayıb.

 

Tom Barrak, həmçinin qeyd edib ki, bu təklifin əsas məqsədi Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların irəliləməsinə kömək etməkdir.

Seçilən
6
1
senzor.az

9Mənbələr