AZ

ABŞ Zəngəzur dəhlizinin idarə edilməsini öz üzərinə götürməyə hazırdır

ABŞ Zəngəzur dəhlizini idarə etməyə götürməyə hazır olduğunu bildirib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib. Diplomatın sözlərinə görə, ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib. "Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək", - səfir vurğulayıb. Tom Barrak həmçinin qeyd edib ki, bu təklifin əsas məqsədi Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların irəliləməsinə kömək etməkdir.

Seçilən
12
9
avtosfer.az

8Mənbələr