AZ

Osimhen şərt irəli sürdü

"Qalatasaray" Viktor Osimheni transfer etmək üzrədir. Metbuat.az xəbər verir ki, "Qalatasaray" "Napoli"yə 40 milyon avro nağd pul təklif. Qalan 35 milyon avro isə hissə-hissə ödəniləcək. Bildirilir ki, Türkiyə klubu “Napoli”nin tələb etdiyi bank zəmanət məktublarını da təqdim edib. Bildirilir ki, Osimhen “Napoli” rəhbərliyindən "Qalatasaray"la anlaşma əldə edilməsini tələb edib. İddialara görə, o, “Napoli” rəhbərliyinə başqa klubda forma geyinməyəcəyini ifadə edib.

Qeyd edək ki, Viktor Osimhen ötən mövsüm “Qalatasaray”da icarə əsasında oynayıb. O, “Qalatasaray”ın heyətində 41 matçda 37 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
89
15
metbuat.az

10Mənbələr