"Qalatasaray" və "Napoli" Viktor Osimhenin transferi ilə bağlı razılığa gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Sarı-qırmızılılar, 40 milyon avro ilkin ödəniş edəcək, qalan 35 milyon avro isə 2026-cı ilə qədər ödəniləcək. Müqaviləyə görə, Osimhenin 2 il ərzində İtaliya A Seriyasında transferi qadağan olunub.
Həmçinin, "Napoli" Osimhenin gələcək satışlarından faiz tələb etməyəcək. Transferin rəsmiləşdirilməsi üçün bank zəmanəti gözlənilir və "Qalatasaray"a iyulun 21-dək vaxt verilib.
Osimhen keçən mövsümdə "Qalatasaray"da 41 oyunda 37 qol vurub, 8 məhsuldar ötürmə verib.