Ukraynadakı münaqişə 50 gün ərzində həllinə nail olunmayacağı təqdirdə Rusiyaya qarşı 100 faizlik ikinci dərəcəli rüsumlar tətbiq ediləcək.
"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə danışıqları zamanı deyib.
“50 gün ərzində razılaşma əldə olunmasa, biz çox sərt tariflər tətbiq edəcəyik - tariflər təxminən 100% səviyyəsindədir, onları ikinci dərəcəli tariflər adlandırmaq olar”, - deyə Tramp bildirib.