AZ

Kahı ilə həm arıqlayın, həm sağlam qalın

Salatların ayrılmaz hissəsi olan kahı sağlamlıq üçün olduqca faydalı tərəvəzdir.


Pravda.az bildirir ki, A, C və K vitaminləri ilə zəngin olan kahı, yüksək su tərkibi sayəsində orqanizmin nəmləndirilməsinə kömək edir və xüsusilə yay aylarında təravətverici təsir göstərir. Az kalorili olması ilə pəhriz menyularında sıxlıqla istifadə edilən kahı, bağırsaq fəaliyyətini tənzimləyərək qəbizliyin qarşısını alır.


Kahının sağlamlığa faydaları nələrdir?


Toxluq hissi verərək çəki nəzarətinə dəstək olur


A, E və K vitaminləri sayəsində iltihab əleyhinə təsir göstərir


K vitamini və folat tərkibi ilə sümük və beyin sağlamlığını gücləndirir


Yüksək su tərkibi ilə ödəmin atılmasına kömək edir

A vitamini, lutein və zeaksantinlə göz sağlamlığını qoruyur

Liflə zəngin olması sayəsində həzm sisteminə müsbət təsir edir

Hamilə qadınlarda qəbizliyi azaldır və doğuş qüsurları riskini azalda bilər

Laktukasantin tərkibi ilə diabet riskini azalda bilər


Kahı dərini də qoruyur


Antioksidantlar və vitaminlər sayəsində kahı dərinin gənc qalmasına, günəş şüalarından qorunmasına və qırışların azalmasına kömək edir. C vitamini isə dərinin yenilənməsini və kollagen istehsalını stimullaşdırır.


Dietalər üçün ideal qida


Bir stəkan doğranmış kahı cəmi 8 kalori ehtiva edir. Zülal, lif və folatla yanaşı, A və K vitaminlərinin gündəlik tələbatını da qarşılaya bilir.


Necə istifadə edilməlidir?


Kahını çiy halda salatlarda, sendviçlərdə və ya yeməklərin yanında istifadə etmək tövsiyə olunur. Limon və zeytun yağı ilə birlikdə klassik salat kimi təqdim oluna bilər.


Ödəmi atır və şişkinliyi azaldır


Təbii sidikqovucu xüsusiyyətə malik kahı, bədəndəki artıq mayeni atmağa kömək edərək şişkinliyi azaldır və xüsusilə duzlu yeməklərdən sonra rahatlıq yaradır.


Yan təsirlərə diqqət!


Kahının ciddi yan təsiri olmasa da, qan durulaşdırıcı dərmanlarla birlikdə çox istifadəsi tövsiyə olunmur. Eyni zamanda, yaxşı yuyulmadıqda bakteriya mənşəli zəhərlənmələrə səbəb ola bilər.


Kahı və kəvər eyni deyil


Hər ikisi eyni bitki ailəsinə məxsus olsa da, fərqli quruluşda və dad xüsusiyyətlərinə malikdirlər. Hər ikisi də sağlam menyular üçün uyğun seçimdir.


Əminə Bayramova

Tarix: 14 İyul 2025, 10:59   
phrase_var_article.chosen
87
16
pravda.az

10phrase_var_article.sources