Hazırda karyerasını "Yuventus"da davam etdirən Duqlas Luiz İngiltərə Premyer Liqasına geri qayıda bilər.
Apasport.az xəbər verir ki, futbolçu ilə "Everton" yaxından maraqlanır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İddialara görə, komandalar arasında ilkin danışıqlar baş tutub.
"Qoca sinyora" braziliyalını satmağa müsbət yanaşır. Turin klubu 27 yaşlı yarımmüdafiəçi üçün 40 milyon funt-sterlinq tələb edir.
Xatırladaq ki, "Yuventus" Duqlas Luizi mövsümün əvvəlində "Aston Villa"dan transfer edib.
Qeyd edək ki, Braziliya millisinin üzvü Turin təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda qol və ya assistlə yadda qalmayıb.
“Fənər”də ciddi itki - YOXLAMA MATÇINDA ZƏDƏLƏNİB
Firmino karyerasını Qətərdə davam etdirəcək
"Fənərbaxça"nın transferi ingilisləri heyrətə saldı: Trossardın transferi tamamlanıb
“Nyukasl” ukraynalı müdafiəçi üçün 70 milyon avro ödəməyə hazırdır
“Barselona” “Çelsi”nin futbolçusunu istəyir