AZ

Yaponiyada seysmik aktivlik artıb

Cari ilin iyunun sonundan bəri Yaponiyanın Tokara adaları ərazisində 1900-dən çox zəlzələ baş verib. Bu barədə Yaponiyanın Baş Meteorologiya İdarəsi məlumat yayıb. Qeyd olunub ki, seysmik aktivlik iyunun 21-də başlayıb və bu günə kimi davam edir. Ən güclü təkan iyulun əvvəlində - maqnitudası 5,5 və 20 km dərinlikdə qeydə alınıb. Yeraltı təkanların gücü Yaponiyanın yeddi ballıq şkalası üzrə altı bala çatıb. Hadisə nəticəsində Akusekidzima adasının bəzi sakinləri təxliyə edilib.
Seçilən
12
4
7news.az

5Mənbələr