Cari ilin iyunun sonundan bəri Yaponiyanın Tokara adaları ərazisində 1900-dən çox zəlzələ baş verib.
“Report” xəbər verir ki, bu barədə Yaponiyanın Baş Meteorologiya İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, seysmik aktivlik iyunun 21-də başlayıb və bu günə kimi davam edir.
Ən güclü təkan iyulun əvvəlində - maqnitudası 5,5 və 20 km dərinlikdə qeydə alınıb.
Yeraltı təkanların gücü Yaponiyanın yeddi ballıq şkalası üzrə altı bala çatıb. Hadisə nəticəsində Akusekidzima adasının bəzi sakinləri təxliyə edilib.