Ötən mövsüm fiasko yaşayan "Neftçi" daha bir futbolçusu ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, müdafiəçi İsmayıl Zülfüqarlı "ağ-qaralar"ın düşərgəsini tərk edib.

24 yaşlı futbolçu bununla bağlı öz sosial media səhifəsində paylaşım edib: "2011-ci ildə akademiyasında başlayıb, 2019-cu ildən əsas komadasına qalxdığım və məni İsmayıl Zülfüqarlı edən “Neftçi” ailəsi ilə artıq yollarımız ayrılır. Ağ-qara tarixin bir parçası olmaq mənim üçün hər zaman qürurverici idi.

Bu illər ərzində mənə dəstək olan klub rəhbərliyinə, məşqçilərimə, azarkeşlərimizə, klubda əziyyətimizi çəkən bütün işçilərə minnətdaram.

Nə az, nə çox 14 il ərzində saysız anlar, saysız xoşbəxtliklər, yaxşı dostlar və yaxşı məşqçilərlə böyük təcrübə qazandım".

Qeyd edək ki, İ.Zülfüqarlı 2024/2025 mövsümündə icarə əsasında "Turan Tovuz"da oynayıb.