Cinah oyunçusu İsmayıl Zülfüqarlı “Neftçi”dən ayrılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib. Zülfüqarlı postunda bunları yazıb:
“Əziz və doğma “Neftçi”
2011-ci ildə akademiyasında başlayıb 2019-cu ildən əsas komadasına qalxdığım və məni İsmayıl Zülfüqarlı edən “Neftçi” ailəsi ilə artıq yollarımız ayrılır. “Ağ-qara” tarixin bir parçası olmaq mənim üçün hər zaman qürurverici oldu.
Bu illər ərzində mənə dəstək olan klub rəhbərliyinə, məşqçilərimə, azakşelərimizə, klubda əziyyətimizi çəkən bütün işçilərə minnətdaram. Nə az, nə çox, 14 il ərzində saysız anlar, saysız xoşbəxtliklər, yaxşı doslar və yaxşı məşqçilərlə böyük təcrübə qazandım. İnşallah irəlidə yenidən görüşmək ümidiylə.
Hər zaman, hər yerdə ən böyük “Neftçi”.
Zülfüqarlı son iki mövsümü icarə əsasında “Turan Tovuz”da keçirib.