Musavat.com xəbər verir ki, ABŞ Dövlət Departamentində dövlət xərclərinin optimallaşdırılması və struktur islahatları çərçivəsində 1 300 nəfər əməkdaşın işdən azad edildiyi açıqlanıb.
Bu addım Vaşinqtonun maliyyə yükünü azaltmaq üçün həyata keçirdiyi daha genişmiqyaslı islahat planlarının bir hissəsidir.
Hadisəyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova istehzalı münasibət bildirib. O deyib:
“Gülməlidir ki, bütün bu illər ərzində məhz amerikalı diplomatlar dünyaya sübut etməyə çalışırdılar ki, insan hüquqları yalnız ABŞ-da kanonik şəkildə qorunur və hamı onlara bənzəməlidir.”
Ekspertlər hesab edirlər ki, ABŞ Dövlət Departamentində bu ixtisarlar həm də administrasiyanın prioritetlərini dəyişməsi ilə bağlıdır və yaxın gələcəkdə Amerika diplomatiyasının beynəlxalq meydandakı aktivliyinə müəyyən təsir göstərə bilər.
Musavat.com