AZ

1353 nəfər işdən çıxarıldı

ABŞ Dövlət Departamenti 1353 əməkdaşının işinə son qoyub. Bu barədə qurumun yaydığı rəsmi açıqlamada bildirilib.

Yenisabah.az xəbər verir ki, işdən çıxarılanlar arasında 1107 mülki işçi və 246 diplomat var. Qeyd edilir ki, bu addım Dövlət Departamentində aparılan islahatlar çərçivəsində atılıb.

Departamentin rəhbərliyi bu qərarı qurumun fəaliyyətini optimallaşdırmaq və bürokratik maneələri aradan qaldırmaq məqsədilə qəbul etdiyini açıqlayıb. Sezar pizza

ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Michael J. Rigas əməkdaşlara göndərdiyi məktubda işdən çıxarılmaların başlanacağı barədə məlumat verib.

Vaşinqtonda son iş gününü tamamlayan əməkdaşlar binanın qarşısında yığışaraq həmkarlarına dəstək nümayiş etdiriblər. İşdən azad edilən diplomatlar bu qərarın gözlənilməz və kədərverici olduğunu bildiriblər.

20 il Dövlət Departamentində çalışan diplomat Olqa Başbuş bu barədə danışaraq bildirib: “Biz burada Amerikanın Konstitusiyasını və dəyərlərini qorumaq üçün xidmət edirdik. İstər respublikaçıların, istərsə də demokratların dövründə çalışmışam. İndi işimizin dayandırılması çox üzücüdür.”

Adının açıqlanmasını istəməyən digər bir diplomat isə deyib: “Bu gün Dövlət Departamentində çalışan minlərlə fədakar məmur üçün ağır gündür. Bu, çox dağıdıcı bir qərardır.”

Qeyd edək ki, işdən çıxarılmaların əsas səbəbi Dövlət Departamentinin fəaliyyətini yenidən qurmaq və qurumu radikal siyasi təsirlərdən uzaqlaşdırmaq kimi göstərilir.

Rəvan Rzazadə


Telegram kanalımız
Seçilən
22
14
yenisabah.az

10Mənbələr